Cənubi Azərbaycan klubu ilə razılaşdılar - Qarşılaşacaqlar

13 İyul 2025 01:50 Turan 1 060
Cənubi Azərbaycan klubu ilə razılaşdılar - Qarşılaşacaqlar

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.

Sportinfo.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma iyulun 29-da baş tutacaq.

Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!