“Turan” “Atletiko”nun keçmiş yarımmüdafiəçisini “rənglərinə bağladı”

01:50 Turan 153
“Turan” “Atletiko”nun keçmiş yarımmüdafiəçisini “rənglərinə bağladı”

“Turan Tovuz” yeni transferini açıqlayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Roberto Olabe ilə anlaşıb.

İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.

29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

“Turan Tovuz” daha öncə David Oliveyra Tavareş və Abdulla Rzayevi transfer edib.

atletikonun-sabiq-oyuncusu-turan-tovuzda

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!