
“Turan Tovuz” daha bir futbolçunun keçidini həll edib.
Son günlər adı transfer gündəmindən düşməyən və “Neftçi”yə keçəcəyi deyilən Abdulla Rzayev karyerasını bölgə təmsilçisində davam etdirəcək.
Qərblilər “Sabah”la aparılan danışıqlarda müsbət nəticə əldə edib. Paytaxt klubu müəyyən məbləğ qarşılığında 22 yaşlı müdafiəçinin “Turan Tovuz”a icarəyə verilməsinə raz olub.
“Sumqayıt”, “Kəpəz”, “Qəbələ” kimi klubların maraq göstərdiyi Rzayevin “Neftçi”yə keçmək ehtimalı yüksək qiymətləndirilirdi.
“Ağ-qaralar” “Sabah”ın tələb etdiyi transfer haqqını ödəməkdən boyun qaçırdığından izdivac baş tutmamışdı.
Ötən mövsüm Vasili Berezutskinin şans vermədiyi futbolçu Premyer Liqada “Araz-Naxçıvan” və “Kəpəz”in heyətindəki çıxışları ilə adından söz etdirməyi bacarıb.
HƏBİB