
“İstənilən klubun prezidenti uğur qazanmaq istəyər, ancaq bu nailiyyəti əldə etmək təkcə prezidentdən asılı deyil.
Məsələn, “Turan Tovuz”da ötən yay edilən transferlərə baxmayaraq, gördük ki, alınmadı.
Güclü heyət qurulması üçün komanda tamamilə dəyişməlidir. Hazırki heyətdə Aleks De Souzanı çıxmaq şərtilə digərləri dəyişilməlidir.
Taktiki olaraq səhvlər var. Topla davranış da istənilən səviyyədə deyil. Fiziki gücə dayanıqlı komanda bir yerə qədər gedə bilər.
Yeni transfer David Tavareşi çox yaxşı tanıyıram, keyfiyyətli futbolçudur. Ancaq Kurban Berdiyev uzun hava toplarına uyğun oyun anlayışı seçəcəksə, onun faydalı işi olmayacaq.
Çünki Tavareş topla oynamağı yaxşı bacaran profildir”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndiririlib.
Tanınmış futbol agenti Ceyhun Sultanov “Turan Tovuz”un trasnfer siyasətinə toxunub, çatışmazlıqlar barədə maraqlı şərhlərlə diqqət çəkib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN