Həkim Azərbaycanda çıxış edən əcnəbinin başına “oyun” açdı!

09:40 Turan 547
Həkim Azərbaycanda çıxış edən əcnəbinin başına “oyun” açdı!

Ötən ilin dekabrında Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a qarşı oyunda ağır zədə alan "Turan Tovuz"un legioneri Denis Marandiçinin yaşıl sahələrə dönüşü ertələnib.

Buna səbəb moldovalı müdafiəçinin Portuqaliyada edilən əməliyyatının uğursuz olmasıdır.

Sonrakı müayinələr göstərib ki, cərrah üzərinə düşən işi yüksək səviyyədə həyata keçirməyib. Onun ayaq sümüyünün içinə yerləşdirilən dəmir düzgün yerləşdirilməyib, bu da əks-effekt verib.

Marandiçi yaxınlarda növbəti dəfə əməliyyat olunacaq. Dəmir hissəcik həmin yerdən çıxarılacaq və yenisi ilə əvəz ediləcək.

Bu səbəbdən Denis oktyabrdan tez fərdi məşqlərə başlamayacaq. Komandaya qoşulması isə ilin sonunadək çəkə bilər.

"Turan Tovuz"dan Marandiçinin durumu ilə bağlı - Açıqlama

Dekabrın 3-də keçirilən oyunu zamanı üzücü hadisə yaşanıb. Bu, 20-ci dəqiqədə “Sabah”ın hücumu zamanı baş verib.

Masazır təmsilçisinin hücumçusu Pavol Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, təhlükəli vəziyyəti uzaqlaşdırmaq istəyən Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.

Bu zaman moldovalı yerə uzanıb və onun şiddətli ağrının təsirindən bağırtısı teleekran başından belə eşidilib. Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və o, xəstəxanaya aparılıb.

İstəməyərəkdən rəqibin ayağına zərbə endirən slovakiyalı Safranko isə həmin anda çox məyus olub. O, bunu hətta dizlərini yerə qoymaqla da ifadə edib.

Bu zaman ona komanda yoldaşları dəstək veriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti