Yay istirahətini başa vuran “Turan”dan İLK FOTOLAR

2 İyul 13:40 Turan 355
Yay istirahətini başa vuran “Turan”dan İLK FOTOLAR

"Turan Tovuz" yeni mövsümün hazırlıqlarına start verib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi toplanışın ilk hissəsini Hünər təlim-məşq bazasında keçirir.

"Turan Tovuz" iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında olacaq.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.



















Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi