“10 nömrə” “Turan Tovuz”la danışır, razılaşsalar...

1 İyul 20:40 Turan 785
“10 nömrə” “Turan Tovuz”la danışır, razılaşsalar...

“Sabah”dan ayrılan Namiq Ələsgərov hələ ki, seçim etməklə məşğuldur.

Premyer Liqanın bir neçə klubundan təklif alan 30 yaşlı yarımmüdafiəçi müqavilə şərtlərinin arasından ən yaxşısı ilə bağlı qərar verməkdə israrlıdır.

Namiqin “Turan Tovuz”la anlaşması daha real görünür.

Rəsmilərlə detallarla bağlı müzakirələr olub və müəyyən detallar razılaşdırılıb. Son nöqtədə pulla bağlı suala cavab tapmaqdır ki, Ələsgərov anlaşma sənədinə qol çəksin.

Ortaya hansısa problem çıxmasa, transfer yaxın günlərdə razılaşdırılacaq.

Vaxtilə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Sabah” kimi komandaların şərəfini qoruyan Namiq, Premyer Liqada meydana çıxdığı 234 oyunda 42 qol vurub, 23 məhsuldar ötürmə edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti