“Turan Tovuz”dan aylıq 10 min manat istəyir

28 İyun 20:40 Turan 870
“Turan Tovuz”dan aylıq 10 min manat istəyir

Heyətin gücləndirilməsinə çalışan “Turan Tovuz” fasilə dönəmində yalnız bir transferi açıqlayıb.

David Tavareşlə 3 illik müqavilə bağlanması barədə rəsmi məlumat verilib.

Doqquz futbolçu ilə yollarını ayıran bölgə təmsilçisinin danışıq apardığı namizədlər arasında yerli və əcnəbi futbolçular var ki, onlardan biri Abdulla Rzayevdir.

Lakin ötən mövsüm “Sabah”ın əsas komandasından uzaqlaşdırılan müdafiəçi ilə ortaq məxrəcə gəlmək mümkün deyil.

Buna səbəb Rzayevin “Turan”dan tələb etdiyi məvacibin klub rəhbərliyini razı salmamasıdır. O, bölgə klubundan aylıq 10-12 min manat civarında əməkhaqqı istəyir.

U-21 millimizin sabiq üzvü ilə “Neftçi” və “Kəpəz”in də maraqlanması səbəbkarın daha yaxşı maddi şərtlər irəli sürməsinə gətirib çıxarıb. Hazırda “Turan”la futbolçu arasında ortaq nöqtə tapılması ilə bağlı danışıqlar gedir.

Abdulla Rzayevv başa çatan mövsümdə Premyer Liqada 4 oyunda meydana çıxmaqla 1 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!