Ehtiram Quliyev 200 minlik sponsor axtardı, elə cavab aldı ki…

14:40 Turan 769
Ehtiram Quliyev 200 minlik sponsor axtardı, elə cavab aldı ki…

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev növbəti planını həyata keçirə bilməyib.

O. əsas komandaya forma sponsoru cəlb etməyə çalışsa da, niyyəti reallaşmayıb.

Tanıdığı iş adamlarına üz tutan Quliyev onlardan gözlədiyi cavabı almayıb. Heç kim illik 200 min manat ödəyərək, bu təşəbbüsə qoşulmayıb.

Görünür, «Turan Tovuz»un uğursuz mövsüm keçirməsi onların gözünü qorxudub. Başqa səbəb də ola bilər, hansı ki, biz onu bilmirik.

Fərqi yoxdur, ya vəlvələdən, ya zəlzələdən - növbəti mövsümdə də güc Quliyevin üzərinə düşəcək.

Əlbəttə, istərdik ki, «Turan»dakı son proseslərlə bağlı rəsmi mövqeni öyrənək. Təəssüf, bu, çox çətin məsələdir.

Klubda «n» qədər funksioner var, biri də danışmaq istəmir. Belə münasibət var, ancaq rəsmi reaksiyaya gələndə, hamı üzünü gizlədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti