
Kurban Berdiyevin xidmətində maraqlı olmadığı Veysəl Rzayev «Turan Tovuz» rəhbərliyindən 40 min manat kompensasiya tələb edib.
Bu barədə redaksiyamıza klubdan məlumat verib.
Bildirilib ki, müqaviləsi gələn ilin yayında başa çatacaq yarımmüdafiəçi düşərgəni vaxtından əvvəl tərk etməsi üçün 30 min manat güzəştə gedib.
Fəqət, «Turan»ın idarəçiləri həmin pulu da ona ödəmək istəmir. Rzayevə təzminat olaraq vur-tut 10 min manat təklif olunub. Təbii ki, tovuzlu oyunçu da bu rəqəmlə razılaşmayıb.
Uğursuz mövsüm keçirən, avrokuboklara vəsiqə məqsədinə çata bilməyən qərb təmsilçisi yayın ilk günlərində 9 nəfərlə vidalaşıb.
İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyev düşərgədən gedib.
SPORTİNFO.AZ