
"Tovuz şəhər stadionunda təmir işlərinə növbəti ayın əvvəli start veriləcək.
Arenanın süni ot örtüyü təbii örtüklə əvəzlənəcək.
Hazırkı süni örtük isə bölgə klubunun Tovuzda inşa etməyə hazırlaşdığı yeni bazaya köçürüləcək.
Yeni bazada 1 təbii, 2 süni örtüyün inşası planlaşdırılır.
"Turan"ın ev oyunlarını keçirdiyi meydançada görüləcək işlər bununla yekunlaşmır.
Arenanın ərazisində, inzibati binada, tribunalarda da dəyişikliklər olacaq.
Bu isə stadionun avrokuboklar matçını qəbul etməsinə hesablanıb.
Hələ ötən mövsümün sonlarına yaxın UEFA nümayəndələri burada olmuş, nöqsanları qeyd edərək kluba təqdim edib.
UEFA nümayəndəsinin qeydləri əsasında bütün əyər-əskiklər aradan qaldırılacaq.
Belədə işlərin yeni mövsümün gedişinə də təsadüfi edəcəyi dəqiqdir.
Bəs o müddətdə "Turan" ev oyunlarını harada keçirəcək?
Bu suala hələ də cavab tapılmayıb. Müəmma davam edir...
XANOĞLAN / SPORTİNFO.AZ