Berdiyevin sözünü ona çatdıran “Turan Tovuz” rəhbərliyinə rədd cavabı verdi

14:40 Turan 593
Berdiyevin sözünü ona çatdıran “Turan Tovuz” rəhbərliyinə rədd cavabı verdi

Ötən mövsüm azarkeşlərlə yaşadağı qalmaqalla yadda qalan Veysəl Rzayev «Turan Tovuz» rəhbərliyinin istəyini geri çevirib.

Tovuzlu yarımmüdafiəçi onunla işləmək niyyətində olmayan Kurban Berdiyevin qərarını ona açıqlayan funksionerlərə «yox» cavabı verib.

O, son üç mövsümdə formasını geyindiyi klubdan yalnız bir şərtlə ayrıla biləcəyini açıqlayıb: «Pulumu ödəyin, sonra gedim».

Orta sahə oyunçusunun kontraktı 2026-cı ilin yayınadək qüvvədədir. Bura «Sabah»dan gəlmiş Rzayevin aylıq əməkhaqqısı 7000 manatdır.

Yerli futbolçu birillik maaşının ödənilməsində israrlıdır. Yönətimə xəbərdarlıq edib ki, əgər əsas komandanın qapıları üzünə bağlanarsa, pulunu almaqdan ötrü əvəzedici heyətə üz tutacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti