"Turan"dakı halından məmnun deyil, getməsi üçün də ciddi maneə var

17:20 Turan 335
"Turan"dakı halından məmnun deyil, getməsi üçün də ciddi maneə var

"Turan Tovuz" eyni anda 9 futbolçunun göndərildiyini elan etdi.

Xəbər verdiyimiz kimi, ayrılıq dalğası davam edə bilər.

Məsələn, klubdan göndəriləcəyi gözlənilən ikinci geniş siyahıda Xəyal Nəcəfovun da adı var.

27 yaşlı futbolçu özü bölgə klubunu tərk etməkdə maraqlıdır.

Buna səbəb başa çatan mövsüm daha çox ehtiyatda qalmasıdır.

Təcrübəli futbolçunun xidmətində bir neçə klub maraqlıdır.

Nəcəfov da daha çox oynamaq fürsəti alacaq ünvana getməyə meyil göstərir.

Amma "Turan"la olan müqavilənin növbəti yaya qədər qüvvədə olması Xəyalın planlarını pozur.

Ki, futbolçunu istəyən klub təzminat ödəmək məcburiyyətindədir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti