Kurban Berdiyev sevimli futbolçusu ilə bağlı son qərarını verdi

17:00 Turan 831
Kurban Berdiyev sevimli futbolçusu ilə bağlı son qərarını verdi

"Turan Tovuz"da növbəti ayrılıq yaşanıb.

Tural Bayramlı bölgə klubunu tərk edib.

27 yaşlı yarımmüdafiəçinin ilin yayına kimi qüvvədə olan müqaviləsi olmasına baxmayaraq, getmək qərarı verib.

Kurban Berdiyev gələcək planlarında ona yer olmadığını açıq-aydın dilə gətirib.

Halbuki Bayramlını ötən yay 73 yaşlı mütəxəssis şəxsən özü "Turan"a dəvət etmişdi.

İlk turlar komandanın əsas heyət üzvünə çevrilən gənclər millimizin sabiq üzvü ardınca türkmənistanlı çalışdırıcının anlaşılmaz qərarı ilə üz-üzə qalaraq, ehtiyat skamiyanın daimi sakininə çevrilmişdi.

Tural bu mövsüm 9 görüşdə meydana çıxıb. O da sezonun əvvəlində.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti