Berdiyevin “Turan”dan göndərmək istədiyi növbəti 5 oyunçu - ADLAR

12:20 Turan 1 685
Berdiyevin “Turan”dan göndərmək istədiyi növbəti 5 oyunçu - ADLAR

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev əvvəlki komanda heyəti ilə çalışmaq istəmir.

Azərbaycanda keçirdiyi ilk mövsümdə uğursuz nəticələr göstərən rusiyalı mütəxəssis daha 5 futbolçunun üzərindən qara xətt çəkib.

Maraqlıdır ki, «Baba» ləqəbli çalışdırıcının yeni «qara siyahı»sında yer alanların hamısı yerlilərdir.

Artıq klubdan həmin siyahı redaksiyamıza ötürülüb. Buradan görürük ki, Fərid Yusifli, Xəyal Nəcəfov, Tural Bayramlı, Rüfət Əhmədov və Orxan Əliyev 72 yaşlı sükançının yeni mövsümlə bağlı düşüncələrində yer almır.

Burada yalnız bir problem var - göstərilən oyunçuların hamısının müqaviləsi mövcuddur. Və heç biri kontraktı birtərəfli qaydada pozmağa tərəfdar deyil. Bunun üçün gərək klub onlara təzminat ödəsin.

"Turan Tovuz" bugünlərdə 9 futbolçu ilə yolları ayırdı.

Klub müqavilə müddətləri başa çatan İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə vidalaşdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti