Ehtiram Quliyev istədiyi şəxsi “Turan”a geri qaytara biləcəkmi?

14 İyun 14:40 Turan 1 183
Ehtiram Quliyev istədiyi şəxsi “Turan”a geri qaytara biləcəkmi?

Son olaraq «Səbail»i çalışdırmış Cavid Hüseynov yaxınlarda «Turan Tovuz»a qayıda bilər.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, İdarə Heyətinin sədri Ehtiram Quliyev olnu yenidən burada görmək istəyir. Həmçinin idman direktoru Səməd Nəsibov adıçəkilən mütəxəssisin dönüşünə çalışır.

Hüseynov 2024-cü ilin iyununda Kurban Berdiyevə köməkçi təyin olunub və noyabrın ortasınadək bu vəzifəni yerinə yetirib.

Daha sonra «Səbail»in sükanı arxasında Şahin Diniyevi əvəzləyib və bu ilin martınadək görəv başında qalıb.

Bugünlərdə «Turan Tovuz»a məşqçi ayrılığı gerçəkləşib. Yevgeni Erlix Kurban Berdiyevin korpusunu tərk edib. Fiziki hazırlıq üzrə rusiyalı mütəxəssislə müqavilə yenilənməyib.

Cavid Hüseynovun geri qayıtması hamıdan çox, «Baba»nın verəcəyi qərardan asılıdır. Komandada əsas söz sahibi odur. Quliyevin xoşunun gəlmədiyi şəxs burada işləyə bilər, amma Berdiyevin yox. De-fakto o, bir nömrəli güc sahibidir.

72 yaşlı sükançının atdığı addımlar idarəçilər tərəfindən müzakirə olunmur, icra olunur.

Ehtiram Quliyev belə, özündə güc tapıb onun hansısa qərarına müdaxilə etməyə, fikir bildirməyə cəsarət edə bilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:10 Çək və bizə göndər!