Hamını “boğaza yığdı”, pul aldı, Azərbaycan klubundan ayrıldı - FOTO

10 İyun 20:20 Turan 3 028
Hamını “boğaza yığdı”, pul aldı, Azərbaycan klubundan ayrıldı - FOTO

“Turan Tovuz”da ilk rəsmi ayrılıq reallaşıb.

Bölgə təmsilçisi Araş Qadiri ilə yollarını ayırıb.

İranlı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, vaxtilə şərəfini qoruduğu “Xeybar”la anlaşıb. Klub rəsmi səhifələri vasitəsi ilə bu barədə məlumat yayıb.

Tovuzda oynadığı dönəmdə illik 20 min dollar alan Qadirinin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Əldə etdiyimiz bilgiyə görə, “Turan Tovuz” onunla yollarını kiçik məbləğdə təzminat qarşılığında ayırıb. Halbuki daha öncə Azərbaycanı bir şərtlə - pulunu son qəpiyinə qədər alacağı təqdirdə tərk edəcəyini bildirmişdi.

26 yaşlı mərkəz müdafiəçisi ölkəmizdə oynadığı müddətdə Tovuz təmsilçisinin heyətində 22 oyunun iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!