“Turan” onu böyük xərcə salan adamdan canını qurtardı

14:40 Turan 834
“Turan” onu böyük xərcə salan adamdan canını qurtardı

“Turan Tovuz” çoxsaylı cəhdlərdən sonra Araş Qaderi ilə yollarını ayırıb.

İranlı müdafiəçi karyerasını yenidən öz ölkəsində davam etdirəcək.

O, “Xeybər” ilə anlaşıb. Müqavilə müddəti birillikdir.

27 yaşlı müdafiəçi ötən mövsüm Tovuz klubunun heyətində 22 oyunda çıxış edib.

Kurban Berdiyevin tələbi ilə alınan legioner ötən ilin yayında 1+1 illik kontrakta imza atmışdı. Di gəl, komandaya yaramadığı özünü tez göstərdi.

Rəhbərlik aylıq maaşı 20 min dollar olan iranlıdan canını qurtarmaq üçün hələ qışda qollarını çırmalamışdı.

Onlar sözləşmənin ikitərəfli qaydada ləğvinə təşəbbüs göstərsə də, səbəbkar pul almadan getməyəcəyini deməklə, bütün planları pozdu. Baş məşqçi isə tərəf seçməyərək, yaxasını kənara çəkdi, Araşa «yaxşı yol» söyləmədi.

«Traktor»un sabiq müdafiəçisi indi insafa gəlməyib.

Müqaviləni uzatmaq hüququ «Turan»da olduğundan, İrana dönməkdən başqa çarəsi qalmayıb. O, azad agent statusu ilə «Xeybər»in yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti