Ərəblər şirnikləndirdi, “Neftçi“ və “Zirə“dən gələn təklifləri də geri çevirdi

7 İyun 2025 21:00 Turan 3 892
Ərəblər şirnikləndirdi, “Neftçi“ və “Zirə“dən gələn təklifləri də geri çevirdi

“Turan Tovuz”da qalmaq istəməyən Alexandro Serrano Azərbaycanla birdəfəlik vidalaşmağı lazım bilib.

İspaniyalı legioner “Neftçi“ və “Zirə“dən gələn təklifləri də geri çevir ib.

Səbəb maliyyə şərtləridir. Prineyli yarımmüdafiəçiyə Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Malyaziyadan daha sərfəli dəvətlər gəlib.

Ona isə pul indi daha çox maraqlıdır. Serrano ayda 20 min dollar ödəməyə hazır olan Asiya klublarından birini seçməyə hazırlaşması barədə “Turan“ rəsmilərini məlumatlandırıb.

Tovuz klubu səbəbkara bu qədər ödəmə etmək niyyətində deyil. Ona təklif olunan aylıq maaş 13 min dollardır.

Avropalı qiymət məsələsində güzəştə getməkdən israrla boyun qaçırıb. Klub rəhbərliyindən bu yöndə danışıqları uzatmamağı tələb edib.

2023-cü ilin yayında “Hebar”dan bura gələn əcnəbi bu mövsüm 30 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti