“Neftçi”də böyük qazanc əldə etdi, yeni təklifi bu klubdan aldı

6 İyun 20:00 Turan 2 247
“Neftçi”də böyük qazanc əldə etdi, yeni təklifi bu klubdan aldı

«Neftçi»dən ayrılan Azər Salahlı karyerasını bölgədə davam etdirə bilər.

Paytaxt klubunun müqaviləsin uzatmadığı müdafiəçi «Turan Tovuz»dan dəvət alıb.

Avrokuboklara vəsiqə qazanmaq arzusu gözündə qalan qərb təmsilçisi ona 2 illik kontrakt təklif edib. Hazırda tərəflər arasında danışıqlar gedir.

Salahlının «Neftçi»də illik gəliri 200 min manatdan çox olub. «Turan»nın millinin sabiq üzvünə nə qədər vəsait ödəyə biləcəyi maraq doğurur.

Böyük ehtimalla, Azər əvvəlki illərdən az məbləğə oynayacaq. Axı kimdir ona bu qədər pul verən?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi