Təcrübəli funskioner Türkiyəyə yollandı – Məkan və zaman məlumdur

6 İyun 21:20 Turan 476
Təcrübəli funskioner Türkiyəyə yollandı – Məkan və zaman məlumdur

“Turan Tovuz”da hamı məyusdur.

Azərbaycan kubokunun finalında “Sabah”ın “Qarabağ” üzərində qələbə qazanması qərb təmsilçisinin Konfrans Liqasına yoluna bağladı.

Buna baxmayaraq, növbəti mövsümün hazırlıqları görülür.

Klubun idman direktoru Səməd Nəsibov təlim-məşq toplanışının təşkili üçün Türkiyəyə yola düşüb.

Məqsəd qardaş ölkədəki hazırkı durumla və şəraitlə yerində tanış olmaqdır. Təcrübəli funksioner gördükləri ilə bağlı baş məşqçi Kurban Berdıyevi məlumatlandırır.

Ortaya hansısa əmma çıxmasa, “Turan” iyunun son günlərində Bakıda bir araya gəlib Ankaraya yola düşəcək. Toplanışın ilk mərhələsi paytaxta yaxın ərazidə keçiləcək, komanda yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

Berdıyev yeni mövsümə hazırlıqla bağlı altı həftəlik tsiklı necə böləcəyi barədə rəhbərliyi məlumatlandıracaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi