
“Kubokun finalında tovuzlular da “Qarabağ”a azarkeşlik edirdi.
Nəticə onu göstərdi ki, hər bir komanda öz işini özü görməlidir, başqasından mədət ummamalıdır.
“Turan Tovuz” yeni mövsümə tam fərqli hazırlaşacaq. Avrokuboklara vəsiqə qazanmamağı daha yaxşı oldu.
Çünki “xala xətrin” transferlər edib avrokuboklara gedəndən sonra mübarizəni dayandırdıqda, istər-istəməz balans pozulur.
Bu çətinliyin altını isə klub rəhbərliyi çəkir. Odur ki, indi daha rahat daxili çempionata fokuslanıb, heyəti qurmaq olar”.
Bu fikirlər “Sportinfo TV”nin efirində yayımlayan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Turan Tovuz”un avrokuboklardan kənarda qalmasından da bəhs ediblər.
Xüsusilə, bunun bölgə təmsilçisi üçün daha yaxşı olduğunu diqqətə çatdırıb, səbəbini izah ediblər.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN