
"Turan Tovuz"dan ayrılacaq növbəti oyunçunun kimliyi məlum olub.
Söhbət mərkəz yarımmüdafiəçisi Veysəl Rzayevdən gedir.
Kurban Berdiyev 22 yaşlı futbolçunun xidmətində maraqlı deyil.
Təcrübəli mütəxəssisin orta sahə oyunçusunun nə meydandakı çıxışından, nə də kənardakı nizam-intizamından məmun deyil.
Rzayevlə növbəti mövsümün sonuna kimi qüvvədə olan anlaşma var.
Təzminat ödənilməməsi üçün tərəflərin ortaq dil tapması mütləqdir.
Gənclər millimizin sabiq üzvü 2022-ci ildən Qərb təmsilçisinin formasını geyinir.
O, arxada qalan müddətdə meydana çıxdığı 82 görüşdə 2 qolla yadda qalıb.
SPORTİNFO.AZ