
«Turan Tovuz» son 1 ilin ən ucuz transferinin xidmətindən imtina edib.
Kauan Alexandre Martins de Paula daha qərb təmsilçisinə lazım deyil.
Braziliyalı mmüdafiəçi bu ilin yanvarında komandanın sıralarına qoşulmuşdu. Tovuz klubu ötən 5 ay ərzində Premyer Liqada 2 qola imza atan «sambaçı»ya qədər heç kimə bu qədər aşağı məbləğ ödəməyib.
Kaunanın müqaviləsi 1,5 illikdir. «Turan», böyük ehtimalla, arxa xətt oyunçusunu icarəyə verəcək.
24 yaşlı cənubi amerikalıya hər ay 4000 dollar əməkhaqqı verilib.
Sol cinah müdafiəçisi ötən ilin dekabrında «Sabah»la keçirilən kubok matçında ayağı iki yerdən sınan Denis Marandiçinin yerinə transfer olunub.
Normalda baxsaq, «Turan Tovuz» istər yerlilərinə, istərsə də əcnəbilərinə kifayət qədər iri pullar xərcləyir.
Burada aylıq 20 min dollara qədər pul qazanan legionerlər var. Məsələn, ayda, ildə 1-2 dəfə forma şansı əldə edən Araş Qadiri kimi.
«Pirasikaba»nın yetirməsi 2019-2021-ci illəri burada keçirib. Növbəti mövsümdə «Marilif»nın formasını geyinib.
2022-ci ildə «Qremio Anapolis» ilə müqavtlə imzalayıb. Bir il sonra «Narva Trans» onu sıralarına qatıb.
Estoniya klubu 34 oyunda şans verdiyi «sambaçı»nı 2024-cü ilin yayında «Pandev Akademiyası»na icarəyə verib.
Cənubi amerikalı legioner bura gələnədək Şimali Makedoniya çempinnatında 14 matça çıxıb.
SPORTİNFO.AZ