Berdiyev istədi, Qazaxıstandan çağırıldı, Quliyev 10000 dollar maaş kəsdi

27 May 14:00 Turan 2 444
Berdiyev istədi, Qazaxıstandan çağırıldı, Quliyev 10000 dollar maaş kəsdi

Bəlli olduğu kimi, «Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev uğursuzluğunu «yükləməyə» ilk «qurban»ını seçib.

Komandanı Premyer Liqada medalçılar sırasına yüksəltməyi bacarmayan rusiyalı mütəxəssis Mahir Məmmədovu buradan uzaqlaşdırıb.

O, 2 ildən artıq idi ki, həkim vəzifəsini yerinə yetirirdi. 73 yaşlı çalışdırıcı düşərgədə çoxsaylı zədəlilərin olmasının təqsirini M.Məmmədovun üzərinə atıb.

«Baba» ləqəbli sükançı iddia edib ki, mövsümün gedişində xəsarət alanların sağalma prosesinin gec getməsi sırf həkimin işinə barmaqarası yanaşmasının nəticəsidir.

Halbuki oyunçular müqəssir qismində baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisini görür. Dediklərinə görə, Yevgeni Erlixin keçdiyi hazırlıq prosesi həddən artıq ağırdır.

Berdiyevin yardımçısı mövsümün gedişini, sıx qrafiki nəzərə almadan onlardan fiziki cəhətdən çətin təmrinləri yerinə yetirmələrini tələb edir, buna dözməyi isə hər kəs bacarmır.

İndii isə baş məşqçi daha bir adamını öz Azərbaycana gətirir.

Klubdan redaksiyamıza verilən məlumata görə, «Baba» Qazaxıstandan tanıdığı həkimi «Turan»a urcah eləməyi qərara alıb.

Berdiyev onu vaxtilə çalışdığı «Kayrat»dan tanıyır. Bu təyinat Ehtiram Quliyevə baha oturacaq.

İş adamı həmin şəxsin rəhbəri olduğu klubda çalışması üçün hər ay 10 min dollar əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti