“Neftçi”dən sonra bir də...

27 May 03:10 Turan 262
“Neftçi”dən sonra bir də...

“Turan Tovuz” Premyer Liqada ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi XXXVI turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.

Bu, klubun tarixində Premyer Liqada 4 top fərqli 3-cü qələbədir. 2022/23 mövsümündə “Neftçi”ni, 2023/24 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini təkrarlayıb.

Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.

Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti