"Turan"ın iki təcrübəli siması tovuzlu balacaya qarşı - MARAQLI VİDEO

30 May 20:40 Turan 1 262
"Turan"ın iki təcrübəli siması tovuzlu balacaya qarşı - MARAQLI VİDEO

Premyer Liqanın 36-cı turunun "Turan Tovuz" - "Kəpəz" görüşünün (4:0) fasiləsində maraqlı anlar yaşandı.

Hadisələrin mərkəzində isə meydan sahiblərinin üzvləri idi.

Söhbət İvan Konovalov və Mehman Hacıyevdən gedir.

Təcrübəli qapıçılar qapıdan dayanan azyaşlı uşağı uzaqdan zərbələrlə sınağa çəkirdilər.

Və bu məqamda həm İvan, həm də Mehmanın kifayət qədər çətin anlar yaşadı deyə bilərik.

Çoxsaylı cəhdlərdən sonra yalnız rusiyalı topu qapı toruna qovuşdura bildi.

Təbii ki, burada məqsəd qol vurmaq yox, futbolçu olmaq üçün yola çıxan uşaqları sevindirmək idi.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti