Azərbaycanda baş məşqçini elə yola saldılar ki... VİDEO

00:30 Turan 125
Azərbaycanda baş məşqçini elə yola saldılar ki... VİDEO

Premyer Liqada mövsümün son turunda “Turan Tovuz” “Kəpəz”i məğlub edib.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Turan Tovuz”dan Aleks Souza dubla (10-cu və 23-cü dəqiqələr) imza atıbsa, Ayxan Hüseynov 44-cü dəqiqdə fərqlənib.

“Kəpəz”in futbolçusu Turan Manfov isə 42-ci dəqiqədə avtoqol müəllifi olub.

Dördüncü pillədə olan “Turan Tovuz” bu nəticədən sonra xallarının sayını 55-ə yüksəldib. “Kəpəz” isə mövsümü 32 xalla 9-cu yerdə başa vurub.

“Turan Tovuz” - “Kəpəz” 0:4

Qollar: Aleks Souza, 10; 23; Turan Manafov, 42 (ö.q.); Ayxan Hüseynov, 44
Tovuz şəhər stadionu, 4000 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Rəhim Sadıxov, 32 (qeyri-idman hərəkəti) // Dioqo Verdaska, 6 (qeyri-idman hərəkəti); Valdemar Almeyda, 38 (qeyri-idman hərəkəti); Nicat Məmmədov, 90+2 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 1 dəq.

“Turan Tovuz”
41. Sergey Samok
17. Rəhim Sadıxov
(10. Xəyal Nəcəfov, 64)
88. Faiq Hacıyev
11. Ayxan Hüseynov
7. İsmayıl Zülfüqarlı
9. Kristian da Silva
23. Alexandro Serrano
(29. Anton Kraçkovski, 73)
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
(30. Mircamal Əlizadə, 82)
40. Kauan Martins
(5. Roderik Miller, 64)
21. Aleks Souza
(19. Orxan Əliyev, 64)
Ehtiyat oyunçular:
1. İvan Konovalov
71. Mehman Hacıyev
8. Tural Bayramlı
13. Fərid Yusifli
77. Veysəl Rzayev
6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdiyev

“Kəpəz”
1. Rojerio Santos
(22. Məmməd Hüseynov, 46)
7. Ehtiram Şahverdiyev
(21. Camal Cəfərov, 61)
12. Turan Manafov
5. Rauf Hüseynli
19. Sadiq Şəfiyev
(97. Nicat Məmmədov, 81)
26. Valdemar Almeyda
29. Dioqo Verdaska
(6. Nemət Musayev, 46)
78. Yeqor Xvalko (k)
28. Rati Ardazişvili
(70. Nicat Süleymanov, 70)
3. Mahamadu Ba
10. Karim Lkoça
Ehtiyat oyunçular:
18. Elgün Bayramov
2. İlkin Qırtımov
17. Ümid Səmədov
13. Elxan Məmmədov
91. Nihad İsaqov
11. Trent Buhagiar
88. Şevroni Mabatşoev
Baş məşqçi: Azər Bağırov

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular