"Turan"dan milliyə heç kim dəvət olunmadı - NİYƏ?

25 May 19:40 Turan 253
"Turan"dan milliyə heç kim dəvət olunmadı - NİYƏ?

"Turan Tovuz" Premyer Liqanın 36-cı turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik.

- "Kəpəz"dən 2:5 hesablı məğlubiyyətin revanşını aldığınızı demək olar?

- Həmin oyunu komandanın yadına saldıq. Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük.

- "Turan Tovuz"un avrokuboklara vəsiqə şansı kubokun finalından asılıdır. Həmin oyuna baxacaqsız?

- Bəli, Azərbaycanda olacam, oyuna baxacam.

- "Araz-Naxçıvan" "Turan Tovuz"dan milliyə heç kim dəvət olunmayıb. Buna münasibətiniz necədir?

- Bu, millinin baş məşqçisinin qərarıdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular