Bu şərti rədd etdi - Pulumu son qəpiyinədək ödəməsəz, ayrılıq sənədinə qol çəkən deyiləm

15:15 Turan 639
Bu şərti rədd etdi - Pulumu son qəpiyinədək ödəməsəz, ayrılıq sənədinə qol çəkən deyiləm

"Turan Tovuz" mövsümün sonunu gözləmədən islahatlara start verib.

Avrokuboklara vəsiqə qazanmaq ümidlərini bütünlüklə "Qarabağ"a bağlayan qərblilər artıq 2 yerli futbolçuya qapını göstərib.

Sadiq Quliyev və Eltun Turabova müqavilələrinin uzadılmayacağı bildirilib.

Klub rəhbərliyi kontraktı davam edən oyunçulardan da bir neçəsini düşərgədən kənarlaşdırmağın yollarını axtarır. Bu mənada ən böyük əngəl Araş Qaderidir.

Debüt ilində əsas heyətə düşə bilməyən, şans qazananda isə tez-tez səhvləri ilə yadda qalan iranlı müdafiəçi ona edilən sonuncu təklifi də geri çevirib.

Tərəflər arasında gələn ilin yayına qədər qüvvədə olan müqavilə mövcuddur. "Turan" 3 ayın maaşını bəribaşdan ödəmək şərti ilə anlaşmaya qarşılıqlı xitam verməyə cəhd göstərib.

Arazın o tayından gəlmiş arxa xətt oyunçusunun tələbi bir başqadır - pulumu son qəpiyinə qədər bank hesabıma keçirməsəz, ayrılıq sənədinə qol çəkən deyiləm.

Onun məvacibi 20 min dollardır. O. "Turan"da ümidlərini doğrulda bilməməsinin səbəbkarı qismində özünü göstərməyib. Kurban Berdiyevin fiziki hazırlıq üzrə köməkçisinin adını çəkib.

Deyib ki, Yakov Erlixin keçdiyi fiziki hazırlıq prosesi sırf ağır yüklənmələrdən ibarətdir və bu, digər komanda yoldaşları kimi, onda da ciddi narahatlıq yaradır.

26 yaşlı futbolçu 2024-cü il iyulun 22-də Tovuz klubuna keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Araş Azərbaycana gələnə qədər "Alluminiy", "Paykan", "Traktor" və "Zob Ahan"da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti