Berdiyev “Turan”dakı uğursuzluğunu bu adamın “belinə yüklədi” - QOVULDU!

14:00 Turan 743
Berdiyev “Turan”dakı uğursuzluğunu bu adamın “belinə yüklədi” - QOVULDU!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev uğursuzluğunu «yükləməyə» ilk «qurban»ını seçib.

Komandanı Premyer Liqada medalçılar sırasına yüksəltməyi bacarmayan rusiyalı mütəxəssis Mahir Məmmədovu buradan uzaqlaşdırıb.

O, 2 ildən artıq idi ki, həkim vəzifəsini yerinə yetirirdi. 73 yaşlı çalışdırıcı düşərgədə çoxsaylı zədəlilərin olmasının təqsirini M.Məmmədovun üzərinə atıb.

«Baba» ləqəbli sükançı iddia edib ki, mövsümün gedişində xəsarət alanların sağalma prosesinin gec getməsi sırf həkimin işinə barmaqarası yanaşmasının nəticəsidir.

Halbuki oyunçular müqəssir qismində baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisini görür. Dediklərinə görə, Yevgeni Erlixin keçdiyi hazırlıq prosesi həddən artıq ağırdır.

Berdiyevin yardımçısı mövsümün gedişini, sıx qrafiki nəzərə almadan onlardan fiziki cəhətdən çətin təmrinləri yerinə yetirmələrini tələb edir, buna dözməyi isə hər kəs bacarmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti