
“Turan Tovuz” kapitanı ilə bağlı xoş xəbər alıb.
Şəhriyar Əliyevin zədəylə bağlı qara günləri geridə qalıb.
Ötən ilin dekabrında yaşıl meydanlardan uzaq düşən təcrübəli müdafiəçinin qayıdışı mart ayına planlaşdırılsa da, bərpanın düzgün getməməsi müddətin uzanmasına səbəb olmuşdu.
Odur ki, Əliyev ikinci dəfə müalicə aldıqdan sonra kollektiv çalışmalara başlayıb. “Kəpəz”lə həftəsonu baş tutacaq oyunda meydana çıxmasında problem yoxdur. Lakin baş məşqçi Kurban Berdıyev və həkimlər risk etmək istəmir.
Şəhriyar yay hazırlıq dönəmində məşqlərdə tam gücü ilə tər tökəcək. “Turan Tovuz” Konfrans Liqasına vəsiqə qazansa, kapitan iyuldakı görüşlərdə iştirak edə biləcək.
HƏBİB / SPORTİNFO.AZ