Yığmaya 60 oyunçu çağırıldı - Azərbaycandan da biri var

11:20 Turan 279
Yığmaya 60 oyunçu çağırıldı - Azərbaycandan da biri var

Panama millisi iyunda ABŞ-da keçiriləcək Qızıl Kuboku – 2025-ə qatılacaq.

Sportinfo.az xəbər verir ki, KONKAKAF-da çıxış edəcək digər 15 komanda kimi, panamalıların da ilkin heyəti müəyyənləşib.

Panama millisinin baş məşqçisi Tomas Kristiansenin açıqladığı 60 nəfərlik genişləndirilmiş siyahıda 53 oyunçu 24 fərqli ölkədə legioner həyatı yaşayır.

Onlar arasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də var. Yığma 26 nəfərlik yekun heyətini ən azı iyunun 4-də açıqlamalıdır.

Panama yığması turnirin C qrupunda Yamayka, Qvatemala və Qvadelupa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti