
«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev öz seçimlərindən imtina edib.
Ötən ilin iyunundan etibarən Azərbaycanda işləyən rusiyalı mütəxəssis bu ölkədən gətirdiyi legionerlərdən ikisinin xidmətinə ehtiyac duymayıb.
Maraqlıdır ki, «Baba»nın gözündən düşənlər qapıçılardır. Sergey Samok və İqor Konavalovun çıxışı 73-cü çalışdırıcını razı salmayıb.
Vaxtilə «Rubin», «Rostov», «Soçi» və «Dinamo» (Maxaçqala) kimi klublarda fəaliyyət göstərmiş həmyerliləri ilə birillik müqaviləni uzatmaq istəməməsi barədə rəhbərliyi məlumatlandırıb.
Tovuz klubu Premyer Liqanın geridə qalan 35 turu ərzində qapısını lazımınca qoruya bilməyib. «Turan» bu matçlarda «çərçivə»sindən 39 qol buraxıb.
SPORTİNFO.AZ