"Turan”ın maliyyə hesabatı ŞOK ETDİ! Xərclər artdı, mənfəət 4 dəfə azaldı - FOTO

19 May 01:00 Turan 536
"Turan”ın maliyyə hesabatı ŞOK ETDİ! Xərclər artdı, mənfəət 4 dəfə azaldı - FOTO

"Turan Tovuz" 2024-cü ildə mənfəəti 4 dəfədən çox azalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin yaydığı illik maliyyə hesabatında bildirilir.

Sənəddə bildirilir ki, klubun əməliyyat gəlirləri 6 milyon 145 min 200 manat, əməliyyat xərcləri 6 milyon 104 min manat olub.

Gəlirlər 2023-cü il 31 dekabra nəzərən 957 min 600 manat artıb.

Gəlirlərin 1 milyon 187 min 800 manatı sponsorlardan olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 667 min 300 manat azdır.

Əvəzində bilet satışından gəlirlər 9 min 100 manatdan 57 min 500 manata, sair gəlirlər 3 milyon 323 min 500 manatdan 4 milyon 899 min 900 manata yüksəlib.

Əmək haqqı və mükafat xərcləri 2 milyon 783 min 500 manatdan 3 milyon 752 min 200 manata, agentlərə (vasitəçilərə) ödənişlər 113 min manatdan 139 min manata, sair xərclər 2 milyon 37 min 500 manatdan 2 milyon 153 min 700 manata artıb. Əsas vəsaitlər və qeyri-maddi aktivlərin köhnəlməsində isə azalmalar baş verib.

Beləliklə, klubun xərcləri 5 milyon 3 min manatdan 6 milyon 104 min manata yüksəlib.

Əməliyyat fəaliyyətindən mənfəət 2023-cü il dekabrın 31-də 184 min 580 manat olubsa, 2024-cü il dekabrın 31-də 41 min 200 manat təşkil edib.

Vergiqoymadan əvvəlki mənfəət isə 163 min 500 manatdan 12 min 100 manata enib. Baxmayaraq ki, maliyyə gəlirləri 21 min manatdan 29 min 100 manata artıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!