
«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev son varianta əl atıb.
Komandanın son aylardakı bərbad çıxışından təngə gələn iş adamı çıxış yolunu mükafat fondunu artırmaqda görüb.
Kurban Berdiyevlə futbolçular arasında gərginliyin fonunda uğursuz çıxışı dayandırmağın başqa vasitəsini tapmayan rəhbər şəxsin müəyyənləşdirdiyi yeni rəqəm, doğrudan da, çox yüksəkdir.
Belə ki, qələbə həsrətinə son qoyulacağı təqdirdə, 100-120 min manat civarında «ənam» alacaqlarına dair kollektiv üzvlərinə məlumat verilib.
Qərb təmsilçisi Premyer Liqanın 34 turu ərzində 49 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Son iki tur öncəsi beşinci sıradakı «Sabah»ı 5 xal qabaqlayırlar.
SPORTİNFO.AZ