
"Turan Tovuz"un 2024-cü il üçün büdcəsi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.
Klubun ötən il üçün gəlirləri 6 milyon 145 min 200 manat təşkil edib.
Sponsorlardan daxilolmalar - reklam gəlirləri 1 milyon 187 min 800 manat, bilet satışından 57 min 500 manat, sair gəlirlər 4 milyon 899 min 900 manat olub.
Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 3 milyon 752 min 200 manat ayrılıb.