Azərbaycanda çalışan baş məşqçi məşhur kluba namizəd göstərildi

15 May 13:40 Turan 1 260
Azərbaycanda çalışan baş məşqçi məşhur kluba namizəd göstərildi

Rusiya millisinin sabiq müdafiəçisi Vladimir Qranat “Turan-Tovuz”un çalışdırıcısı Kurban Berdiyevi “Spartak”ın baş məşqçi postuna namizəd kimi təklif edib.

Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatına danışan Qranat Tovuz klubunun sükançısı haqda bunları deyib:

“Kurban Berdiyev “Spartak” üçün ideal namizəddir. Bu cür məşqçinin Rusiya Premyer Liqasına qayıtması maraqlı olardı.

Onun üçün kollektiv önəmlidir və buna görə də onun gəlişindən "Spartak" yalnız faydalana bilərdi".

Qranat “Dinamo”(Moskva), “Spartak” (Moskva), “Rostov” və “Rubin”də oynayıb. O, həmçinin Rusiya millisinin üzvü olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!