Yarım ildən sonra futbola qayıtdı, izdiham yaşandı - VİDEO

13 May 22:20 Turan 338
Yarım ildən sonra futbola qayıtdı, izdiham yaşandı - VİDEO

“Turan Tovuz”un aparıcı müdafiəçisi Roderik Miller sonuncu dəfə ötən ilin dekabrın 21-də “Neftçi”yə qarşı oynamışdı.

Aldığı zədə səbəbindən əməliyyat olunan və uzun müddət komandasına kömək edə bilməyən Panama millisinin üzvü təxminən yarım illik fasilədən sonra yaşıl meydanlara qayıtdı.

Maraqlıdır ki, dönüşü də “Neftçi”ylə qarşılaşmaya təsadüf etdi.

Mayın 10-dakı görüşdə “Turan Tovuz” məğlub durumda olduğundan, baş məşqçi Kurban Berdıyev riskə gedib hücumçu mövqeyində Araş Qadiri ilə Roderik Millerə şans verdi.

Yerli azarkeşlər sanki bunu gözləyirmiş. Milleri dördüncü hakimin yanında görən tovuzlu tərəfdarlar məhsuldar müdafiəçinin soyadını bir neçə dəfə təkrarlayıb ona bu şəkildə dəstək nümayiş etdirdilər.

Bir futbolçunun zədədən qurtulmasını bayrama çevirmək həqiqətən xoş mənzərə idi. Yəqin ki, Roderik karyerasını başa vurandan sonra üzləşdiyi xoş münasibət barədə çox danışacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti