
Tanınmış futbol eksperti Emin Abbasov «Turan Tovuz»un mövsümün ikinci yarısında biabırçı çıxış etməsinin səbəblərinə münasibət bildirib.
O, bu haqda ATV kanalında yayımlanan «Futbolumuz» verlişində danışıb.
Qeyd edib ki, Kurban Berdiyev qış fasiləsindən sonra uğursuz transfer siyasəti aparıb. Onun yanlış seçimləri komandanı relsdən çıxarıb, odur ki, üçüncü dövrədən başlayaraq, nəticələr olduqca pisləşib.
Həmçinin vurğulayıb ki, rəqib məşqçilər rusiyalı həmkarlarının taktiki planlarını çözüblər, artıq «Turan»a qarşı fərqli oynayırlar.
Abbasovun fikrincə, 73 yaşlı çalışdırıcı üzləşdiyi vəziyyətdən narahatlıq duymalıdır, çünki futbolçuları oyuna kökləyə, qələbəyə inandıra bilmir.
Bunun da göstəricisi meydandada özünü bəlli edir - Tovuz təmsilçisi bir-birindən zəif oyunlar keçirir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN