
Premyer Liqanın ikinci yarısında fiaskoya uğrayan «Turan Tovuz»da «bıçaq sümüyə dirənib»
. Kurban Berdiyevin öhdəsindən gələ bilməyən klub rəhbərliyinə indi də futbolçular «naz edir».
Onlardan biri də Alexanlro Serranodur.
30 yaşlı yarımmüdafiəçi son anda əvvəlki razılaşmaya imza atmaqdan boyun qaçırıb. İspaniyalı 1 illik yeni müqavilənin rəsmiləşməsi üçün istədiyi məbləği bir qədər də artırıb.
Cari mövsüm 8000 dollar maaş alan prineyli bu məbləğin 17000 dollara çatdırılmsasını tələb eləyib. Qərb təmsilçisi isə orta sahənin liderinə yalnız 13 min dollar ödəmək niyyətindədir.
Odur ki, tərəflər arasında danışıqlar dalana dirənib. Adıçəkilən legionerin başqa təklifləri də olduğu üçün Tovuz klubuna güzəştə gedəcəyi az inandırıcıdır.
Serrano 2023-cü il iyulun 24-də “Turan Tovuz”a keçib. O, bu sezon 4 qol vurub, 5 asist edib.
İspan əvvəllər "Hebar", "Qurnik", "Talavera", "Salamanka", "Malyorka" və "Sportinq Xixon"da forma geyinib.
SPORTİNFO.AZ