
“Yeni mövsümdə “Turan Tovuz”da dəyişiklər gözlənilir.
Transfer siyasəti üçün A və B planları avrokubokda iştirak edib-etməməklə bağlı olacaq.
İdarə Heyətinin sədri Ehtiram Quliyev bütün proseslərə özü nəzarət edəcək. Hədəf klubu daha iddialı vəziyyətə gətirməkdir.
Nə aləmdirsə, baş məşqçi Kurban Berdıyev də müdafiə xəttində problemləri açıq dilə gətirdi.
Komandada əsas problem ehtiyat güc qarşıya qoyulan məqsədlərə çatmaq üçün adekvat deyil. Ona görə də diqqətlər “Turan Tovuz” rəhbərliyində olacaq”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist Premyer Liqada 34-cü tur çərçivəsində keçirilən “Turan Tovuz” - “Neftçi” matçı (1:2) barədə danışıb, qərb təmsilçisinin transfer siyasəti ilə bağlı önəmli fikirlər səsləndirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN