Kurban Berdiyevə yaraşmayan ABSURD QƏRAR

12 May 19:00 Turan 712
Kurban Berdiyevə yaraşmayan ABSURD QƏRAR

"Turan Tovuz" növbəti məğlubiyyətini "Neftçi"dən aldı - 1:2.

Deyəsən, bitməyən "qara zolaq" təcrübəli Kurban Berdiyevin də beynini yaman qarışdırıb.

Nə düşündüyünü anlamır.

Onun "ağ qaralar"la görüşün 69-cu dəqiqəsindən iki mərkəz müdafiəçisi Roderik Miller və Araş Qaderini hücumda sınamasına başqa nə ad verəsən?

Bəli, dünya praktikasında da stoperlərin hücumda yer almasına az şahidlik etməmişik. Effektini də çox görmüşük.

Elə "Turan"ın özü bu mövsüm bir neçə qarşılaşmanı bu yolla xilas edib.

Amma bu cür müdaxilə final fitinə 5-6 dəqiqə qalmış edilər. Lap olsun 10 dəqiqə qalmış.

Daha sona 25 dəqiqə qalmış (4 dəqiqə də əsas vaxta əlavə olunub) iki stoperi hücumçuya çevirmək kimi absurd qərar verməyin bir anlamı yoxdur.

Bəlkə də çarəsizliyin dibidir.

Bu cür yanaşma türkmənistanlı çalışdırıcının nə adına, nə də karyerasına yaraşmadı.

Görünür, 73 yaşlı mütəxəssis ya taktikanın başını buraxıb, ya da onu düşünəcək başı qalmayıb.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti