“Ayntraxt”ın hücumçusu Premyer Liqa yolunda

12 Mart 2025 00:10 Turan 806
“Ayntraxt”ın hücumçusu Premyer Liqa yolunda

“Ayntraxt”ın (Frankfurt) hücumçusu Huqo Ekitiike İngiltərəyə yollana bilər.

Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya klubunun üzvü “Nyukasl”a keçməyə hazırlaşır.

Onun xidmətində “Arsenal” da maraqlıdır.

Lakin fransız özü “Nyukasl”ın təklifinə müsbət cavab vermək istəyir.

Mümkün transferin dəyəri 80 milyon avro qiymətləndirilir. 22 yaşlı hücumçunun Bundesliqa təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, 2024-cü il iyulun 1-də bu komandaya keçib. Huqo “Vayle”, “Reyms”, PSJ komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"