Azərbaycanda qazandığı 200 min dollardan əlini çəkmədi, rəhbərliyin sözünü yerə saldı

11 Yanvar 16:40 Turan 1 689
Azərbaycanda qazandığı 200 min dollardan əlini çəkmədi, rəhbərliyin sözünü yerə saldı

Araş Qadiri "Turan Tovuz" rəhbərliyinin təklifini geri çevirib. 2024-cü ilin yayında Azərbaycana gələn iranlı Arazın o tayına qayıtmaqdan imtina edib.

Müdafiəçi müqaviləni qarşılıqlı razılıq əsasında pozmaqla bağlı yerli rəsmilərin çağırışına məhəl qoymayıb.

O, kontraktının olmasını əsas gətirərək, burada qalacağını bildirib.

Göründüyü kimi, bu xəmir hələ çox su aparacaq. Çünki "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev iki ayağını bir başmağa dirəyib.

Klubun rəhbəri Kurban Berdiyevdən Araş Qadirini geri göndərməsini tələb edib.

İş adamını qəzəbləndirən iranlı legionerin komandanın ən ödənişli üzvü olmasına baxmayaraq, daim ehtiyatda qalmasıdır.

Belə ki, yayda 2+1 illik müqavilə bağlayan müdafiəçi nadir hallarda meydana ayaq basır. Əksər oyunlarda ehtiyat skamyadan tərpənməyən Qadiri illik 200 min dollar qazanır.

Quliyev məhz bu nüansı əsas gətirərək, baş məşqçidən gətirdiyi oyunçunu yola salmağını istəyib. Rusiyalı mütəxəssis ilk vaxtlar sədrin fikrinə qarşı çıxsa da, son günlər nisbətən yumşalıb.

Klubun rəhbəri Araşdan qurtulmaqla əlində qalacaq pulu cibinə qoymaq niyyəti güdmür. O, həmin vəsaiti təkrar transfer bazarına yönəltməyi planlaşdırır.

Təbii, Berdiyev sonda buna bir «mız» qoymasa. Çünki Araş bilavastə onun təkidi ilə «Turan»a cəlb olunub. Keçiddə vasitəçilik edən menecer də çalışdırıcının yaxın dostudur.

27 yaşlı iranlı son olaraq “Traktor”un şərəfini qoruyub. O, daha əvvəl İranda “Aliminium” və “Peykan”ın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?