.jpg)
«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Kurban Berdiyevin təyinatı ilə kluba ayırdığı vəsaiti xeyli artırıb.
İş adamı yeni baş məşqçiyə xidməti avtomobil alıb.
Həmin maşın BMW-dir. Son model maşın ona 85 min dollara başa gəlib.
BMW-ni idarə etmək üçün səriştəli sürücü tutulub. Bahalı avtomobil günboyu rusiyalı çalışdırıcının xidmətində dayanacaq.
Bu, Premyer Liqa üçün bir ilkdir. Elitanın heç bir klubu hələ indiyədək baş məşqçisinə belə qiymətə xidməti maşın almayıb.
SPORTİNFO.AZ