ŞOK AÇIQLAMA: "Bir gün onu yenə baş məşqçi postuna qaytaracam "

24 İyun 2024 14:40 Turan 2 733
ŞOK AÇIQLAMA: "Bir gün onu yenə baş məşqçi postuna qaytaracam "

Yaxınlarda «Şamaxı» ilə birillik müqavilə imzalayan Ayxan Abbasov bir gün yenə «Turan Tovuz»u çalışdıracaq.

Bu barədə anonsu klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev edib.

Tanınmış iş adamı yerli azarkeşlərlə son görüşündə keçmiş baş məşqçinin ünvanına təriflər yağdırıb.

Ötən ilin martında qərb təmsilçisini himayəsinə götürən tikinti maqnatı Abbasovun fəaliyyətini növbəti dəfə təqdir edib, nəvaxtsa yollarının yenidən birləşəcəyini söyləyib:

«Bəlkə də siz onu yaxşı tanımırsız. Heç kim Ayxan Abbasov barədə mənfi söz söyləyə bilməz.

Onunla mən işləmişəm və xasiyyətinə bələdəm.

Niyə buradan ayrıldı? Bunu mən bilərəm, o, bilər. Mənim Ayxan müəllimlə münasibətlərim bu gün də yaxşıdır.

İnanıram ki, bir gün onu ikinci dəfə «Turan»a qaytaracağıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!