COP29

"Neftçi"yə məxsus futbolçu ilə bağlı MÜƏMMA

7 İyun 20:00 Turan 1 734
"Neftçi"yə məxsus futbolçu ilə bağlı MÜƏMMA

"Turan Tovuz" heyətində saxlamağı planlaşdırdığı futbolçulardan biri də Xəyal Nəcəfovdur.

26 yaşlı yarımmüdafiəçi də Tovuzda qalmaqda maraqlıdır.

Amma hələ də tərəflər arasında yeni anlaşma imzalanmayıv.

Bu da səbəbsiz deyil.

Nəcəfov hazırda "Neftçi"yə məxsusdur.

O, son iki mövsümü Qərb təmsilçisində icarədədir.

Bölgə klubunun rəhbərliyi isə orta sahə oyunçusunu birdəfəlik heyətinə qatmaq, iki illik anlaşma imzalamaq istəyir.

"Ağ qaralar"la danışıqlar müsbət yekunlaşsa "Sumqayıt"ın yetirməsi "Turan Tovuz"un tam hüquqlu üzvü olacaq.

Xəyal 2022-ci ildən "Turan"ın şərəfini qoruyur. O, arxada qalan müddətdə meydana çıxdığı 67 oyunda 3 qol, 6 asistlə yadda qalıb.

XANOĞIAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti