"Sən olmadan "Neftçi" ilə oyun biabırçılıq oldu"

25 Mart 2023 10:40 Turan 1 336
"Sən olmadan "Neftçi" ilə oyun biabırçılıq oldu"

"Turan Tovuz" yaxşı gələcək yolunda vacib addımlarını atmağa başlayıb.

"Huner Group"la sponsorluq müqaviləsinin imzalanması rəhbərliyin əl-qolunu bir xeyli açmasına şərait yaradıb.

Bir neçə gün əvvəl baş məşqçi Ayxan Abbasovla üç illik anlaşma əldə edən rəsmilər indi də futbolçularla bağlı addımlara start verib.

İlk qərar kapitanla bağlı oldu. Belə ki, bölgə klubu təcrübəli müdafiəçi Şəhriyar Əliyevlə növbəti mövsümün sonuna kimi nəzərdə tutulan yeni müqavilə şərtlərini ictimaiyyətə açıqladı.

Qərar yerli publikanın da ürəyinə yağ kimi yayıldı. Abbasovla olduğu kimi Əliyevlə də müqavilənin müddətinin uzanması fanatların ürəyincə olub.

Bunu klubun sosial şəbəkə hesabında yazılan şərhlərdən görmək mümkündür. Bəzilər ilə sizi də tanış edirik:

"Əla başladıq".

"Dəstəkləyirəm. Özünü yaxşı tərəfdən göstərə bilib".

"Uğurlar, "Turan"! Uğurlar, kapitan!".

"Tovuzluların sevimlisi, uğurlar sənə. Biz sənə inanırıq. Qələbələrə doğru ancaq irəli".

"Komandanın döyünən ürəyi. Sən olmadan "Neftçi" ilə oyun biabırçılıq oldu. Sən can qoyursan".

"Düzgün transfer. Əsl liderdir. Halal olsun".

"Milli Ramos. Xeyirli olsun".

"Xeyirli-uğurlu olsun".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"