"Futbola pul buraxan tək-tük adamlardan biridir, amma onu zəif görürlər" - VİDEO

19 Aprel 18:40 Turan 694
"Futbola pul buraxan tək-tük adamlardan biridir, amma onu zəif görürlər" - VİDEO

"Turan Tovuz"un rəhbərinə yad münasibət var”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində qərb klubundan və onun sahibi Ehtiram Quliyevdən danışıb.

Bildirib ki, iş adamının futbolla bağlı ciddi planları mövcuddur.

Tanınmış teleşərhçi qeyd edib ki, Quliyev «Turan»ı iddialı etmək istəyir və əlindəki pulu yalnız futbolçu transferlərinə xərcləməyəcək.

İnfrastrukturla əlaqəli layihələr üzərində işləndiyini deyən Abbasov vurğulayıb ki, Quliyev AFFA-dan lazımı səviyyədə dəstək görmür.

Onun futbola pul buraxan azsaylı biznesmenlərdən biri olduğunu xatırladıb, özünü sadə apardığını, bundan isə bəzi səlahiyyətli şəsxlərin mənfi mənada yararlandığını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti